Menyu

Türkiyənin İstanbul Konvensiyasından çıxması təsdiqləndi

Operativ Media
Türkiyənin İstanbul Konvensiyasından çıxması təsdiqləndi

Türkiyənin Ali Məhkəməsi ölkənin Qadın Hüquqlarının Müdafiəsi üzrə İstanbul Konvensiyasından çıxmasını təsdiqləyib.

"Operativ Media" xəbər berir ki, 2019-cu ilin martında beynəlxalq müqavilədən çıxmaq barədə qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
Buna səbəb konvensiyanın ölkənin ənənəvi əsaslarına zidd olması və homoseksuallığı təbliğ etməsi göstərilib.

Qeyd edək ki, Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı beynəlxalq sazişi olan İstanbul Konvensiyası 2011-ci ilin mayında qəbul edilib.

Sənəddə, xüsusilə, bioloji cins əvəzinə “gender” anlayışı təqdim edilir. Konvensiya 2014-cü ildə qüvvəyə minib.

Əlaqəli Xəbərlər