Menyu

İsrail müdafiə nazirliyi İrana qarşı büdcədən əlavə vəsait istəyib

Operativ Media
İsrail müdafiə nazirliyi İrana qarşı büdcədən əlavə vəsait istəyib

İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlıq məqsədilə büdcəsinin artırılmasını istəyib.

"Operativ Media" xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) adını açıqlamadığı təhlükəsizlik mənbəsinə əsaslanaraq, mövzu ilə bağlı xəbər dərc edib.

Bildirilib ki, İsrail Müdafiə Nazirliyi 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb edir ki, bu da cari büdcədə 12 faiz artım deməkdir

Xəbərdə belə bir tələbin İrana qarşı mümkün hərbi hücuma hazırlıq və nazirliyin büdcəsindəki inflyasiyanın yaratdığı ərimə səbəbilə edildiyi bildirilib.

İsrailin baş naziri Benyamin Netanyahunun yeni qurulan hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Əlaqəli Xəbərlər