http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Samir Nuriyev: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni yaxın zamanlarda hazır olacaq

08 İyul 2024 , 19:18
Samir Nuriyev: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni yaxın zamanlarda hazır olacaq

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev deyib.

O, 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Azərbaycanın COP29 prioritetləri barədə danışan S.Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığını bildirib.

O qeyd edib ki, artıq BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb.

OXŞAR XƏBƏRLƏR
Mirzoyan: Normallaşma hamı üçün faydalıdır

Mirzoyan: Normallaşma hamı üçün faydalıdır

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib

KİV: Aİ liderləri Macarıstanın ev sahibliyi etdiyi tədbiri boykot edəcək

KİV: Aİ liderləri Macarıstanın ev sahibliyi etdiyi tədbiri boykot edəcək

XƏBƏR LENTİ
  • 19:23

    Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - VİDEO
  • 19:13

    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
  • 18:58

    "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
Menyu