Ceyhun Bayramov Vaşinqtona səfərə yola düşüb - YENİLƏNİB
Nərmin Qocamanlı
9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
***
08:50
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtona səfər edəcək.
"Operativ Media" xəbər verir ki, XİN başçısı NATO sammiti çərçivəsində alyans tərəfdaşları ilə keçiriləcək tədbirdə iştirak edəcək.
Teqlər:
"Ceyhun Bayramov Va\u015finqtona s\u0259f\u0259r\u0259 yola d\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"