Menyu

BMT Bakı ilə İrəvan arasında sülh prosesinin bəhrə verəcəyinə ümid edir

BMT Bakı ilə İrəvan arasında sülh prosesinin bəhrə verəcəyinə ümid edir

"BMT Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin məhsuldar olacağına və bütün regiona müsbət təsir edəcəyinə ümid edir". 

"Operativ Media" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz həqiqətən ümid edirik ki, münasibətlərin normallaşması prosesi öz bəhrəsini verəcək, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə bu ölkələrə deyil, həm də regiona müsbət təsir göstərəcək", - o, iyulun 10-da Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşünü şərh edərkən bildirib. 

Teqlər:

"BMT Bak\u0131 il\u0259 \u0130r\u0259van aras\u0131nda s\u00fclh prosesinin b\u0259hr\u0259 ver\u0259c\u0259yin\u0259 \u00fcmid edir"

Əlaqəli Xəbərlər