Menyu

Keniya prezidenti etirazlardan sonra hökuməti istefaya göndərib

Nərmin Qocamanlı
Keniya prezidenti etirazlardan sonra hökuməti istefaya göndərib
1 dəq oxu

Keniya prezidenti Uilyam Ruto vergilərin artırılması ilə bağlı etirazlar fonunda bütün kabinetini istefaya göndərdiyini bildirib.

"Operativ Media" xəbər verir ki, onun çıxışı yerli "Citizen" telekanalı tərəfindən yayımlanıb .

Rutonun sözlərinə görə, qərar Nazirlər Kabinetinin işini, eləcə də vergitutma sisteminin yenidən təşkili imkanlarını təhlil etdikdən sonra qəbul edilib.

Əlaqəli Xəbərlər