Menyu

MSK 26 ölkənin seçki qurumunu parlament seçkilərinin müşahidəsi üçün ölkəyə dəvət edib

Nərmin Qocamanlı
MSK 26 ölkənin seçki qurumunu parlament seçkilərinin müşahidəsi üçün ölkəyə dəvət edib
1 dəq oxu

Beynəlxalq müşahidəçilər Azərbaycanda gedən prosesləri hər zaman yaxından izləyiblər.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, istər beynəlxalq, istərsə də yerli müşahidəçilərin Milli Məclisə növbədənkənar seçkiləri izləməsinə tam şərait yaradılacaq.

"Azərbaycana dəvət edilən beynəlxalq müşahidəçilər barədə yaxın vaxtlarda məlumat veriləcək. Mərkəzi Seçki Komissiyası isə 26 ölkənin seçki qurumunu prosesin müşahidəsi üçün ölkəyə dəvət edib", - deyə MSK sədrinin müavini vurğulayıb.

 

Əlaqəli Xəbərlər