Rusiya XİN: Moskva Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır
Nərmin Qocamanlı
"Rusiya Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk”, - o, bildirib.
Qaluzin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin - Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma