Peskov: Türkiyənin ŞƏT-ə daxil olması üçün hələ dəqiq tarix yoxdur
Nərmin Qocamanlı
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişləndirilməsi mövzusu daim gündəmdədir, lakin Türkiyənin təşkilata daxil olması üçün dəqiq tarix yoxdur".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bir çox ölkələr ŞƏT-ə maraq göstərir və bu mövzu daim gündəmdədir”, - deyə Peskov Türkiyənin ŞƏT-ə daxil olmasının mümkün vaxtı ilə bağlı sualı cavablandırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl demişdi ki, Ankaranın məqsədi ölkənin ŞƏT-ə üzv olmasıdır.
Teqlər:
"Peskov: T\u00fcrkiy\u0259nin \u015e\u018fT-\u0259 daxil olmas\u0131 \u00fc\u00e7\u00fcn h\u0259l\u0259 d\u0259qiq tarix yoxdur"