Menyu

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Nərmin Qocamanlı
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə müdafiə müəssisələrinin düzgün işləməsini təmin edəcək əlavə tədbirləri müzakirə edib.

İclasda Rusiyanın Baş naziri Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezidentin köməkçisi Nikolay Patruşev, müdafiə naziri Andrey Belousov və b. iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər