Səfir: Rusiya ilə İran arasında yaxın gələcəkdə strateji tərəfdaşlıq sazişi bağlanacaq
Nərmin Qocamanlı
"Yaxın gələcəkdə Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş bağlanacaq".
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.
O, qeyd edib ki, bu, iki ölkə arasında münasibətlərin keyfiyyətcə inkişafına yeni təkan verəcək:
“Ümid edirik ki, yaxın gələcəkdə bu saziş (Rusiya Federasiyası ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında - red.) bağlanacaq və bu, Rusiya İran münasibətlərinin gələcəkdə keyfiyyətcə inkişafına güclü təkan verəcək”, - səfir bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma