http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Öz evlərindən 80 min manatlıq oğurluq edən şəxs saxlanılıb

04 Yanvar 2023 , 11:04
Öz evlərindən 80 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polis əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa tədim edib. 

O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib. 

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə qanunsuz tikili sökülüb

Şəmkirdə qanunsuz tikili sökülüb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
Menyu