Menyu

Bloomberg: Aİ ölkələri Əfqanıstanda səfirliklərini bərpa etməyi nəzərdən keçirir

Nərmin Qocamanlı
Bloomberg: Aİ ölkələri Əfqanıstanda səfirliklərini bərpa etməyi nəzərdən keçirir

Bir sıra Avropa ölkələri Əfqanıstanda səfirliklərini yenidən açmaq və bununla da Taliban hərəkatını tanımaq imkanını nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bu barədə “Bloomberg” Aİ-nin bəzi dövlətlərinin hakimiyyət orqanlarına və mənbələrinə istinadən məlumat yayıb .

Agentlik xatırladır ki, hazırda Əfqanıstanda bütövlükdə birlik olaraq yalnız Aİ-nin nümayəndəliyi fəaliyyət göstərir və ayrı-ayrı Avropa ölkələri Taliban hakimiyyətə gəldikdən sonra öz səfirliklərini bağlayıb:

"Qərb ölkələri 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından və Kabilin Taliban qüvvələri tərəfindən tutulmasından sonra diplomatik nümayəndəliklərini bağladılar. Eyni zamanda, Avropa İttifaqı ölkədə mövcudluğunu qoruyub saxladı. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Avropa İttifaqı Əfqanıstanda bir neçə diplomatı tərk edib, onların əsas vəzifəsi humanitar yardımın əhali arasında paylanması olub".

Teqlər:

"Bloomberg: A\u0130 \u00f6lk\u0259l\u0259ri \u018ffqan\u0131standa s\u0259firlikl\u0259rini b\u0259rpa etm\u0259yi n\u0259z\u0259rd\u0259n ke\u00e7irir"

Əlaqəli Xəbərlər