04 Yanvar 2023, 18:55
Fransada parasetamolun onlayn satışı qadağan edilib
Fransada parasetamolun onlayn satışı qadağan edilib şəkil
Fransada parasetamolun onlayn satışı qadağan edilib

Fransada apteklərdə dərman qıtlığına görə internet üzərindən parasetamol satışı qadağan edilib.

"Operativ Media" Fransa KİV-ə istiandən xəbər verir ki, Çində COVID-19 epidemiyası başlayandan sonra Fransa hökuməti 31 yanvar 2023-cü ilə qədər qızdırma salıcı dərmanların onlayn satışını qadağan edib.

Qərarda ölkədə 6 aydan artıqdır ki, parasetamol əsaslı dərmanların tədarük çatışmazlığı və Çində "COVID-19 epidemiyası partlayışı" göstərilib.


Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi (ANSM) bir neçə ay ərzində əczaçılardan ağrıkəsici kimi istifadə olunan parasetamol aktiv Dolipran və Dafalganın nəzarətli şəkildə verilməsini tələb etmişdi.


Qeyd edək ki, Fransadakı Universitet Xəstəxanalarının Tibbi Təşkilat Komissiyaları Rəhbərləri Konfransının prezidenti Remi Salomon dekabrın 24-də Twitter-də verdiyi açıqlamada, “Dərmanlarımızın xammalı olan aktiv maddələrin 80%-i Çində və Hindistanda istehsal olunur. COVID-19 dalğası çox güman ki, bir çox dərman üçün tədarük problemlərimizi dərinləşdirəcək". - deyə bildirib.

Son xəbərlər
Ukraynadakı münaqişədə ölənlərin sayı açıqlanıb
Qurban Qurbanov: Builki avrokubok oyunları yaxşı təcrübə oldu
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi