Menyu

Özbəkistan və Qırğızıstan Prezidentləri arasında görüş olub

Nərmin Qocamanlı
Özbəkistan və Qırğızıstan Prezidentləri arasında görüş olub

Özbəkistanla əməkdaşlığın gücləndirilməsi Qırğızıstanın xarici siyasətinin şübhəsiz prioritetidir.

"Operatriv Media" "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Şavkat Mirziyoyev ilə danışıqlarda deyib.

O, qeyd edib ki, iki ölkənin liderləri arasında bütün məsələlər üzrə tam qarşılıqlı anlaşma mövcuddur və bu, həqiqətən də qardaş dövlətlərə yaraşır.

Japarov və Mirziyoyev bu gün hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinə dair birgə bəyanat imzalayacaqlar. 

Mirziyoyev bildirib ki, Özbəkistan bundan sonra da Qırğızıstan hakimiyyətinin islahatlar proqramını hərtərəfli dəstəkləyəcək.

Teqlər:

"\u00d6zb\u0259kistan v\u0259 Q\u0131r\u011f\u0131z\u0131stan Prezidentl\u0259ri aras\u0131nda g\u00f6r\u00fc\u015f olub"

Əlaqəli Xəbərlər