08.Oktyabr.2022, 17:19
Donetskdə azərbaycanlıların avtomobili atəşə tutulub, dörd nəfər həlak olub
Ukraynada Zərdab sakinləri öldürülüb.
"Operativ Media" "Apa"ya istinadən xəbər verir ki, ölənlərin qohumu İsaməddin Əhmədov bildirib ki, hadisə Donetsk şəhərində baş verib.O bildirib ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha 2 nəfər atəş altına düşüb.
İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində ölüb. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.
Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.