Menyu

FHN: Bakıda mənzildən 4 kişinin cəsədi aşkarlanıb

Operativ Media
FHN: Bakıda mənzildən 4 kişinin cəsədi aşkarlanıb

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Qurumun mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzilin giriş qapısını açıblar.

Mənzildə dörd nəfərin cəsədi aşkarlanıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Əlaqəli Xəbərlər