İraq Kürdüstan Regionunun başçısı COP29-a dəvət edilib
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani COP29-a dəvət edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov “X” platformasında paylaşım edib.
“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”- səfir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net