Menyu

Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib

Nərmin Qocamanlı
Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib

Sentyabrın 1-nə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycanın dəvət göndərdiyi beynəlxalq təşkilatların siyahısı məlum olub.

"Operativ Media" Report-a istinadən xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xarici İşlər nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar ATƏT DTİHB, MDB, İƏT, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, ŞƏT və TDT-dir.

Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar arasında АТӘТ РА, MDB PA, TürkPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.

Teqlər:

"Az\u0259rbaycan n\u00f6vb\u0259d\u0259nk\u0259nar parlament se\u00e7kil\u0259ri il\u0259 \u0259laq\u0259dar 20 beyn\u0259lxalq t\u0259\u015fkilata d\u0259v\u0259t g\u00f6nd\u0259rib"

Əlaqəli Xəbərlər