Ayxan Hacızadə: XİN: Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub
Redaksiya
Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.
"Operativ Media" xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.
“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - o bildirib.
Daha əvvəl brifinqdə Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Teqlər:
"Ayxan Hac\u0131zad\u0259: X\u0130N: Az\u0259rbaycan Erm\u0259nistanla dan\u0131\u015f\u0131qlara h\u0259r zaman haz\u0131r olub"