05 Yanvar 2023, 20:55
Sergey Şoyqu Ukraynanın bütün təmas xəttində atəşkəsin tətbiq edilməsi ilə bağlı göstəriş verib

Rusiya müdafiə naziri Sergey Şoyqu yanvarın 6-sı saat 12:00-dan 7-i saat 00:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu gün Moskva və bütün Rusiyanın Patriarxı Kirill Ukraynada Provaslav Milad bayramı ilə əlaqədar tərəfləri atəşkəsə çağırıb. Rusiya Prezidenti Vladimir Putinin Patriarx Kirillin müraciətini nəzərə alaraq müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan 7-i saat 24:00-dək Ukraynada bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi ediləsini tapşırıb.