http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

25 İyul 2024 , 13:27
Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

 

Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Nikola Selakoviçin görüşündə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, ötən dövrdə ikitərəfli əlaqələrin inkişafı sahəsində görülmüş işlərə, Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Sahil Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. 

İki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının, bir çox sahələr üzrə əməkdaşlıq sənədlərinin imzalandığı, dostluq və qarşılıqlı etimad əsasında əlaqələrimizin daim genişlənməkdə olduğu qeyd edilib.

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması yüksək qiymətləndirilib. Ticarət əlaqələrinin artmaqda davam etdiyi, bu ilin 6 ayında da Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin 5,24 dəfə artdığı bildirilib. Ötən dövrdə Bakı və Belqradda 12 biznes forum və işgüzar görüşün keçirildiyi, bu tədbirlərin ölkələrimizin iş adamları arasında əlaqələrin inkişafında, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında mühüm rolu vurğulanıb. 


N.Selakoviç ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə, qarşılıqlı hörmətə əsaslanan əlaqələrinin daim genişlənməsindən məmnunluq ifadə edib, əlaqələrin gələcək inkişafı üçün davamlı işlərin aparıldığını bildirib. 

İclasda müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirlib. Ticarət-iqtisadi əlaqələrinin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika, əmək və sosial müdafiə, kənd təsərrüfatı, təhsil və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. 

Sonra Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur. 

S.Babayev və N.Selakoviç keçirdikləri brifinqdə imzalanan sənədin Azərbaycan və Serbiya arasında əlaqələrin davamlı inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu