06 Yanvar 2023, 08:54
Şahzadə Harri kitabında Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri yanvarın 10-da dərc olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını bildirib.
"Operativ Media" xəbər verir ki, “The Telegraph” qəzetinin məlumatına görə, şahzadə Harri 10 yanvarda rəflərdə olacaq “Ehtiyat” adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illərdə xidmət etdiyi Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb.
“Mən həmişə dəqiq deyə bilərdim ki, neçə düşmən kombatantı öldürdüm... Deməli, mənim sayım 25-dir. Bu, məni qane etmədi, amma utanmadım da”, - o qeyd edib.