Menyu

İranın yeni prezidenti Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib

Nərmin Qocamanlı
İranın yeni prezidenti Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pezeşkianın "X" hesabında paylaşım edilib.

“Günahsız insanların və müdafiəsiz uşaqların öldürülməsinə göz yummaq olmaz", - deyə siyasətçi X-də yazıb.

İyulun 24-də Netanyahu ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxış edərək, Fələstinin HƏMAS hərəkatı silahı yerə qoyaraq girovları azad edəndə Qəzza zolağında hərbi əməliyyatı dayandıracağını deyib. Nazirlər Kabinetinin rəhbəri Yaxın Şərqdə NATO kimi “artan İran təhlükəsinə qarşı” təhlükəsizlik alyansı yaratmağa çağırıb.

 

 

Teqlər:

"\u0130ran\u0131n yeni prezidenti Netanyahunun AB\u015e Konqresind\u0259ki \u00e7\u0131x\u0131\u015f\u0131n\u0131 t\u0259nqid edib"

Əlaqəli Xəbərlər