Menyu

Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib

Nərmin Qocamanlı
Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Teqlər:

"\u018fli \u018fs\u0259dov \u0130ran\u0131n yeni t\u0259yin olunmu\u015f Birinci vitse-prezidentini t\u0259brik edib"

Əlaqəli Xəbərlər