Menyu

Əli Əsədov İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb

Nərmin Qocamanlı
Əli Əsədov İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Teqlər:

"\u018fli \u018fs\u0259dov \u0130ran\u0131n Birinci vitse-prezidenti M\u0259h\u0259mm\u0259d Reza Arefl\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər