Menyu

Azərbaycana yeni təyin olunan Litva səfirinin fəaliyyətə başlayacağı tarix məlum olub

Azərbaycana yeni təyin olunan Litva səfirinin fəaliyyətə başlayacağı tarix məlum olub

Azərbaycana yeni təyin olunan Litva səfirinin diplomatik fəaliyyətə başlayacağı tarix məlum olub.

"Operativ Media" xəbər verir ki, Litvanın Azərbaycandakı yeni səfiri Kyastutis Vaşkelyaviçyusu avqustun 12-də missiyasına başlayacaq.

Qeyd edək ki, yeni diplomatik nümayəndələrin təyinatı keçən il prezidentlə xarici işlər naziri Qabrielius Landsbergis arasında onların namizədliyi ilə bağlı fikir ayrılığından sonra dalana dirənmişdi. Namizədlər mart ayında razılaşdırılıb.

Litvada səfirlər hökumətin təqdimatı və Seymin Xarici Əlaqələr Komitəsinin təsdiqi ilə prezident tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.

Ötən həftə Prezident Gitanas Nauseda Azərbaycanla yanaşı 12 ölkəyə yeni səfirlərin təyin olunması ilə bağlı qərar imzalayıb.

Teqlər:

"Az\u0259rbaycana yeni t\u0259yin olunan Litva s\u0259firinin f\u0259aliyy\u0259t\u0259 ba\u015flayaca\u011f\u0131 tarix m\u0259lum olub"

Əlaqəli Xəbərlər