Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Nərmin Qocamanlı
Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, “Mersedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb. 

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Digər xəbərlər