Harris rəsmi olaraq prezidentliyə namizəd olduğunu açıqlayıb
Əziz Əzizli
ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmi olaraq Demokratlar Partiyasından prezidentliyə namizəd olduğunu açıqlayıb.
"Operativ Media" xəbər verir ki, o, Pensilvaniya ştatının Filadelfiya şəhərində tərəfdarları qarşısında çıxışında, "Bu gün mən sizin qarşınızda durub bəyan edirəm ki, indi rəsmi olaraq Demokratlar Partiyasının Birləşmiş Ştatların prezidentliyinə namizədəm" bildirib.
Harris səhnəyə Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd kimi elan edilmiş Minnesota qubernatoru Tim Valz ilə çıxıb.
"İndi görüləcək çox işimiz var. Biz bu yarışın qaranlıq atlarıyıq. Mən nə ilə qarşılaşmalı olduğumuzu dəqiq bilirəm", - deyə Harris əlavə edib.
O, onlayn səsvermədə iştirak edən demokrat nümayəndənin 99%-nin dəstəyini qazanmışdı. Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrisonun verdiyi açıqlamaya görə, Harris 4567 partiya nümayəndəsinin səsini toplayıb.
Teqlər:
"Harris r\u0259smi olaraq prezidentliy\u0259 namiz\u0259d oldu\u011funu a\u00e7\u0131qlay\u0131b"