Menyu

Kişida Qazaxıstan və Özbəkistana səfərini ləğv edib

Nərmin Qocamanlı
Kişida Qazaxıstan və Özbəkistana səfərini ləğv edib
1 dəq oxu

Yaponiyanın Baş naziri Fumio Kişida Qazaxıstan və Özbəkistana səfərini ləğv edib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Yaponiyada ötən gün baş verən güclü zəlzələ olub.

Qeyd edilib ki, Kişidanın avqustun 9-10-da Qazaxıstana rəsmi səfər edəcəyi və “Mərkəzi Asiya plus Yaponiya” dialoqunun birinci sammitində iştirak etməyi planlaşdırılmışdı.

Bildirilib ki, Kişida həmçinin Özbəkistan və Monqolustana səfər etmək niyyətində idi.

Qeyd edək ki, avqustun 8-də ölkənin qərbində 7,1 bal gücündə zəlzələ baş verib.

Əlaqəli Xəbərlər