Tacikistanda İŞİD terror təşkilatının 20-dən çox üzvü saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə respublikanın baş prokuroru Yusuf Rəhmon mətbuat konfransında məlumat verib.
“Novruz bayramı ərəfəsində bir qrup insanın planlaşdırılan zəhərlənməsinin qarşısı alınıb, İŞİD terror təşkilatının üzvü olan 20-dən çox şəxs saxlanılıb”, - o, qeyd edib.