Menyu

İlham Əliyev Ekvador Prezidentini təbrik edib

Nərmin Qocamanlı
İlham Əliyev Ekvador Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Teqlər:

"\u0130lham \u018fliyev Ekvador Prezidentini t\u0259brik edib"

Əlaqəli Xəbərlər