Menyu

Sadır Japarov və Fumio Kişida arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Sadır Japarov və Fumio Kişida arasında telefon danışığı olub
1 dəq oxu

Qırğızıstan Prezidenti Sadır Japarov Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefonla danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Qırğızıstan-Yaponiya münasibətlərinin vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Fumio Kişida Yaponiyanın Qırğızıstan və digər Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmlənməsinə sadiq qaldığını qeyd edib.

Əlaqəli Xəbərlər