Dövlət Xidməti: "Azərpoçt" adından dələduzluq məqsədilə saxta saytlar yaradılıb

Operativ Media
Dövlət Xidməti: "Azərpoçt" adından dələduzluq məqsədilə saxta saytlar yaradılıb

"Azərpoçt" adından dələduzluq məqsədilə yenidən saxta saytların yaradıldığı aşkarlanmışdır. 

Bu barədə "Operativ Media"ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki,  bu dəfə dələduzlar "sual-cavab nəticəsində Azərpoçtdan 600 manat qazanmaq imkanı" adı ilə şirnikləndirici saxta kampaniya başladıblar.

Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar.

Vətəndaşlar belə saxta kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün Xidmətimizinin CERT Mərkəzinə məlumat verə bilər.

Digər xəbərlər