Menyu

Azərbaycanda parlament seçkilərini MDB-dən olan 150-dək müşahidəçi izləyəcək

Nərmin Qocamanlı
Azərbaycanda parlament seçkilərini MDB-dən olan 150-dək müşahidəçi izləyəcək

Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini Müstəqil Dövlətlər Birliyindən (MDB) 150-yə yaxın müşahidəçi izləyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə MDB baş katibinin müavini, Birlik müşahidə missiyasının üzvü Nurlan Seyitimov məlumat verib.

Onun sözlərinə görə, 10 müşahidəçi uzunmüddətli əsaslarla işləyəcək. Onlar Azərbaycan Respublikasının müxtəlif bölgələrinə səfər etmək, siyasi partiyaların rəhbərləri, namizədlər, dairə və məntəqə seçki komissiyalarının üzvləri, KİV nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər.

MDB baş katibinin müavini qeyd edib ki, Azərbaycanda seçki kampaniyası sakit şəraitdə keçirilir:

“Hesab edirəm ki, xalqın ən layiqli nümayəndələri parlamentdə öz yerlərini tutacaqlar”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər