Menyu

İşğaldan azad olunan ərazilərdə daha 195 ha minalardan təmizlənib

Nərmin Qocamanlı
İşğaldan azad olunan ərazilərdə daha 195 ha minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, yanvarın 5-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əlaqəli Xəbərlər