Menyu

Prezident GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında qanunu təsdiqləyib

Nərmin Qocamanlı
Prezident  GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında qanunu təsdiqləyib

Azərbaycan GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında konvensiyanı təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı müvafiq qanunu Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.

Sənədə əsasən “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiya təsdiq edilib.

Əlaqəli Xəbərlər