İran və Qətər XİN başçıları regional hadisələri müzakirə ediblər
Nərmin Qocamanlı
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani və Qətərin xarici işlər Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Qətərin dövlət xəbər agentliyi QNA məlumat yayıb.
Telefon danışığı zaman tərəflər regionda baş verənlərlə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Yaxın Şərqdə müharibəyə son qoymaq üçün gələcək birgə vasitəçilik səyləri də nəzərdən keçirilib.