Bayden: "İsrail və HƏMAS Qəzza zolağında atəşkəsə yaxındır"
Nərmin Qocamanlı
İsrail və HƏMAS Qəzza zolağında atəşkəs və Fələstin hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı saziş bağlamağa yaxındır.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, Yaxın Şərqdə atəşkəs səylərində iştirakını vurğulayıb. Danışıqlar prosesindən danışan prezident İsrail və HƏMAS-ın indi atəşkəsə daha yaxın olduqlarını bildirib.