Menyu

Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib FƏRMAN

Azərbaycan və Pakistan hökumətləri arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş təsdiq edilib FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

"Operativ Media" xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

 

Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş” 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər