Çavuşoğlu: "Fransada erməni diasporu yaxşı münasibətlərin qurulmasına qarşı çıxır, düşmənlik tərəfdarıdırlar"

Nərmin Qocamanova
Çavuşoğlu: "Fransada erməni diasporu yaxşı münasibətlərin qurulmasına qarşı çıxır, düşmənlik tərəfdarıdırlar"

Fransada erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması prosesinə qarşıdır.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə XİN başçısı Strasburqda türk vətəndaşları ilə görüşü zamanı deyib.

O, bildirib ki, bu diaspor üzvləri yaxşı münasibətlərin qurulmasına qarşı çıxarır, düşmənçilik tərəfdarıdırlar. Nazir Fransada yaşayan həmvətənlilərini bununla mübarizə aparmağa çağırıb.

"Türk-Amerika Koordinasiya Komitəsi erməni diasporunun Türkiyə dövləti və millətinə qarşı böhtanları ilə uğurlu mübarizə aparır" - deyə nazir qeyd edib.

Digər xəbərlər