Menyu

İlham Əliyev Putinə Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyini dəstəklədiyinə görə təşəkkür edib

Əsəd Abbaslı
İlham Əliyev Putinə Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyini dəstəklədiyinə görə təşəkkür edib

Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.

"Operativ Media" xəbər verir ki, bunları avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Vladimir Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”, - Prezident İlham Əliyev deyib.

Teqlər:

"\u0130lham \u018fliyev Putin\u0259 Az\u0259rbaycan\u0131n COP29-a ev sahibliyin\u0259 namiz\u0259dliyini d\u0259st\u0259kl\u0259diyin\u0259 g\u00f6r\u0259 t\u0259\u015f\u0259kk\u00fcr edib"

Əlaqəli Xəbərlər