Menyu

Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusla bağlı vəziyyət qənaətbəxş hesab edilir

Nərmin Qocamanlı
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusla bağlı vəziyyət qənaətbəxş hesab edilir

"Yeni koronavirus infeksiyası bildiyimiz kimi vaxtaşırı dalğalanmalar ilə təzahür edir. Hazırda istər bizə qonşu, istərsə də ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar. Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar".

Bunu "Operativ Media"ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki,  Azərbaycana COVİD-19-un ciddi artımına rast gəlinmir:

Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir.  Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır. Bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar,  immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur.

Gülcahan Məmmədova

Teqlər:

"S\u0259hiyy\u0259 Nazirliyi: Az\u0259rbaycanda koronavirusla ba\u011fl\u0131 v\u0259ziyy\u0259t q\u0259na\u0259tb\u0259x\u015f hesab edilir"

Əlaqəli Xəbərlər