Donald Tusk: Modi Ukraynada sülhün əldə olunmasında mühüm rol oynaya bilər
Nərmin Qocamanlı
Hindistanın baş naziri Narenda Modi Ukraynada hərbi əməliyyatların dayandırılmasında mühüm müsbət rol oynaya bilər.
"Operativ Media" xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk Hindistanın baş naziri ilə görüşdən sonra bildirib.
“Biz bu gün bütün dünyanı narahat edən məsələlərlə bağlı mövqeyimizi aydınlaşdırmaqla başladıq, mən çox şadam ki, cənab Baş nazir Ukraynada müharibənin sülh yolu ilə, ədalətli və tez bir zamanda dayandırılmasına öz şəxsi töhfəsini verməyə hazır olduğunu təsdiqlədi”, - deyə Tusk bildirib.
"İkimiz də inanırıq ki, Hindistan burada çox mühüm müsbət rol oynaya bilər", - o əlavə edib.