09 Oktyabr 2022, 23:50
Avstriyada keçirilən prezident seçkilərində hazırkı prezident Van der Bellen qalib gəlir
Avstriyada keçirilən prezident seçkilərində hazırkı prezident Van der Bellen qalib gəlir şəkil
Avstriyada keçirilən prezident seçkilərində hazırkı prezident Van der Bellen qalib gəlir

Avstriyada prezident seçkiləri keçirilir.

"Operativ Media" xəbər verir ki, seçicilərin 66 faizi səsvermədə iştirak edib.

Seçki qutusunun exit-poll nəticələrinə görə, hazırkı prezident Van der Bellen təxminən 56 faiz səslə ikinci dəfə prezident seçilib.

İfrat sağçı Avstriya Azadlıq Partiyasının (ÖFP) namizədi Valter Rosenkranz 18 faizlə seçkidə ən çox səs toplayan ikinci şəxs olub.

Pivə Partiyasının sədri Dominik Wlazny isə 8,5 faiz səslə üçüncü yeri tutarkən, keçmiş jurnalist və müstəqil namizəd Tassilo Valentin isə 8,1 faiz səslə seçkini 4-cü yerdə tamamlayıb.

Sabah bütün səslərin sayılması ilə seçki prosesi başa çatacaq. Həftə ərzində rəsmi nəticələrin açıqlanması gözlənilir. 

Son xəbərlər
Qurban Qurbanov: Builki avrokubok oyunları yaxşı təcrübə oldu
ABŞ Gürcüstanda bir sıra məmurlara qarşı viza məhdudiyyəti tətbiq edir
Bir gündə Qəzzada ən azı 71 fələstinli həlak olub
AL: "Qarabağ" "Elfsborq"a məğlub oldu
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb