Azərbaycan XİN Pakistanda törədilən terror aktını pisləyib
Əsəd Abbaslı
Azərbaycan XİN Pakistanda törədilən terror aktını pisləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Biz terrorizm təhlükəsinin bütün forma və təzahürlərini şiddətlə pisləyir, bu dəhşətli hücumun qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir və qardaş Pakistan İslam Respublikası ilə möhkəm həmrəy olduğumuzu bildiririk", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.
Teqlər:
"Az\u0259rbaycan X\u0130N Pakistanda t\u00f6r\u0259dil\u0259n terror akt\u0131n\u0131 pisl\u0259yib"