Zelenski 4 siyasətçini vətəndaşlıqdan çıxarıb

Nərmin Qocamanlı
Zelenski 4 siyasətçini vətəndaşlıqdan çıxarıb

Ukrayna prezidenti Vladimir Zelenski 4 rusiyayönlü siyasətçini, o cümlədən ukraynalı siyasətçi Viktor Medvedçuku vətəndaşlıqdan çıxarıb.

"Operativ Media" nın xəbərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski rusiyayönlü müxalifət siyasətçiləri Andrey Derkaç, Taras Kozak, Renat Kuzmin və Viktor Medvedçukun vətəndaşlıqdan məhrum edildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçuk ötən ilin aprelində vətənə xəyanət ittihamı ilə Ukrayna kəşfiyyatı tərəfindən saxlanılıb.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Medvedçuk ötən ilin sentyabrında Türkiyənin Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə vasitəçilik etmək səylərindən sonra Rusiyaya göndərilib

Digər xəbərlər