İlham Əliyev və Putin arasında telefon danışığı olub - Yenilənib
Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
***
13:26
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Putin və İlham Əliyev Rusiya prezidentinin Azərbaycana son dövlət səfərinin uğurlu nəticələrindən məmnunluq ifadə ediblər.
Putin İlham Əliyevlə söhbətində Rusiya Federasiyasının Bakı və İrəvana nizamlanmanın həlli yollarının işlənib hazırlanmasında yardım etməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
O cümlədən liderlər Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Onlar şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.