Hakan Fidan Brüsseldə Aİ Şurasında xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılıb
Əsəd Abbaslı
Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə Aİ Şurasında xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılıb.
"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, təxminən 2 saat davam edən görüşdə regional məsələlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri də müzakirə edilib.
Görüş ərəfəsində Fidan Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Lüksemburqun xarici işlər naziri Xavier Bettel və Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma