Menyu

Kənd Təsərrüfatı Nazirliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Nərmin Qocamanlı
Kənd Təsərrüfatı Nazirliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub. 

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya bildirilib ki, görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, nazirliyin fəaliyyəti, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm verilir. 

Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Bunu əsas gətirən nazir Məcnun Məmmədov yüksəkixtisaslı mütəxəssislər hazırlayan, ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilən Bakı Dövlət Universiteti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Teqlər:

"K\u0259nd T\u0259s\u0259rr\u00fcfat\u0131 Nazirliyi v\u0259 Bak\u0131 D\u00f6vl\u0259t Universiteti aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131q imkanlar\u0131 m\u00fczakir\u0259 olunub"

Əlaqəli Xəbərlər